166 TECH · Bloq və bələdçilər

SOLİD Prinsipləri — 2026 Bələdçi

SOLID prinsipləri nədir və niyə proqramlaşdırmada vacibdir? Kodunuzu daha səmərəli və oxunaqlı etmək üçün bu altı əsas prinsipin əhəmiyyətini öyrənin.

SOLİD Prinsipləri nədir?
Müəllif 166 Tech komandası
Redaksiya yoxlaması Texniki və SEO komanda
Son yenilənmə 20.10.2026

SOLİD Prinsipləri nədir?


Bu prinsiplər yazdığımız kodun anlaşıqlı , yeniliklərə açıq , minimum dərəcədə təkrarlı olmasını təmin edən prinsiplər toplusudur.

Bu prinsiplərin məqsədi :

Yazdığımız kodun gələcəkdə yeni tələblərə tez adaptasiya olması;
Kodda ciddi bir dəyişiklik etmədən yeni xüsusiyyətlərin əlavə edilə bilməsi;
Kod təkrarçılığının qarşısının alına bilməsi.

S.O.L.I.D. prinsipləri aşağıdakılardır:

Single Responsibility Principle (SRP)- Tək məsuliyyət prinsipi
Open closed Principle (OCP)- Açıq qapalı prinsip
Liskov substitution Principle (LSP)-Liskovun əvəzetmə prinsipi
İnterface segregation principle(ISP)-İnterfeys ayrılma prinsipi
Dependency inversion principle(DIP)-Asılılğın tərsinə çevrilmə prinsipi

Single Responsibility Principle — (Tək məsuliyyət prinsipi)

Bu prinsipin məqsədi bir sinifin ya da metodun bir işi görməsidir.

Bir sinifdə ancaq bir məqsəd üçün kodlar yazıla bilər,məsələn CRUD əməliyyatlarını yazdığımız bir sinif olsun , bu sinifimizin məqsədi yalnız CRUD əməliyyatlarını tutmasıdır.Bu sinifdə biz başqa məqsədlər üçün , məsələn eyni zamanda modelə qoşulmaq üçün metod yazsaq, o zaman “Single responsibility”-nin prinsipini pozmuş olarıq.

Open Closed Prinsiple — (Açıq qapalı prinsipi)

Bu prinsipin məqsədi sinifin dəyişikliklərə bağlı ,amma yeniliklərə açıq olmasıdır. Yəni proyektimiz yeniliklərə açıq olmalıdır ,amma eyni zamanda təməl sinifimiz dəyişdirilməməlidir.

Liskov substitution Principle — (Liskovun əvəzetmə prinsipi)

Bütün classlarda eyni olacaq əsas metodların base classa yazılıb , vəziyyətə görə dəyişəcək metodların isə interfacelərə yazılaraq ehtiyac duyulduqda çağırılmasıdır. Lazımsız implementlərin qarşısını almaq üçün istifadə olunur.

İnterface segregation principle — (İnterfeys ayrılma prinsipi)

Bir interfeysə yalnız bir işi görən metodların yığılaraq qarışıqlığın qarşısını alınmasıdır. Tək məsuliyyət prinsipinə bənzəyən bu prinsipdə bir işi görən metodlar bir interfeysə yazılır , beləcə implement zamanı lazımsız metodlar çağırılmamış olur.

Dependency inversion principle — (Asılılğın tərsinə çevrilmə prinsipi)

Bu prinsipə görə üst səviyyə siniflər , metodlar və modullar alt səviyyəli siniflərdən asılı olmamalıdır.Alt siniflərdə edilən hər hansı bir dəyişiklik üst siniflərə təsir etməməlidir.

Zəng et WhatsApp