Biznes proseslərinizin avtomatlaşdırılması, məlumat bazanınız formalaşdırılması və toplanması, satış, anbar, müştəri əlaqələri və s. əməliyyatlar üçün ERP (Enterprise Resource Planning) sisteminizin olması biznesinizi sistemli idarəetməyə xidmət edir. Komandamız biznesininin xüsusiyyətlərini nəzərə alaraq həm hazır həllər, həm də individual həllər verməklə özünüzə məxsus ERP sistemlərinin qurulmasını təklif edir. Mükəmməl ERP sistemi ilə insan amilinin mənfi təsirlərini azalda, işçilərinizin effektivliyini ölçə, biznesinizin harda olduğunu müəyyən edə bilərsiniz. Eyni zamanda gəlir və xərclərinizi də düzgün idarə etmək üçün ERP modulununuz olması mütləqdir.
Aşağıdakı proseslər üçün ERP sistemi dəstəyiniz ola bilər:
- Vahid müştəri bazasının idarə olunması
- Kredit , nağd, lizinq satışlarının həyata keçirilməsi və satışdan sonrakı xidmətlər
- Kredit və ya ödəniş vaxtı çatdıqda müştəriyə sms vasitəsi ilə bildirilməsi
- Ödəniş sisteminin qoşulması (million,emanat, və.s)
- Anbarın idarə olunması , işçilərə məhsulların verilməsi , satış zamanı işçinin anbarından məhsulun verilməsi
- Əmək haqqı,tabel, işçilərinin balansının hər ay təyin olunan zamanda maaşlarının oturması, satış zamanı bonus və yaxud ödəniş alırlarsa avtomatik balansa oturması
- Banklardan və ya investordan kredit götürmək imkanı, hər ay banka və ya investora ödəniş vaxtının çatdığını bildiriş vasitəsi ilə bildirilməsi, qalıq borcu izləmək imkanı
- Sizin istədiyiniz digər proseslər…
Bununla yanaşı Komandamız şirkətinizə lazım olan əlavə bütün xidmətləri müəyyənləşdirir və sistemə daxil edir. Biz sizin işinizi ERP-ə yox ERP-i sizin işinizə uyğunlaşdır və komandanıza rahatlıq vəd edirik. İstəyə uyğun olaraq rəhbərlik üçün əlavə mobill tətbiq də hazırlana bilər ki, bu vasitəylə rəhbərlik şirkətdəki prosesləri gündəlik izləyə bilsin.
Tətbiq sahəsi və iş həcmi
ERP proqramı satış, anbar, maliyyə və əməkdaş məlumatlarını əlaqələndirmək üçün seçilir. İlk mərhələdə ən çox təkrar əməliyyat yaradan prosesi müəyyən edib modulların məlumat mübadiləsini planlaşdırırıq.
Layihədə dəqiqləşdirdiyimiz imkanlar
- Satış, müştəri və ödəniş uçotu
- Anbar hərəkətləri və qalıqlar
- Gəlir, xərc və borc hesabatları
- Rollar, bildirişlər və inteqrasiya tələbləri
Layihə təklifinə necə hazırlaşmalı?
Mövcud iş axınınızı, istifadəçi sayını, istifadə etdiyiniz sistemləri və əsas çətinliyi göndərin. Demo və ya ilkin görüşdə prioritetləri, inteqrasiyaları və qəbul meyarlarını birlikdə dəqiqləşdirək.
ERP (Enterprise Resource Planning) sistemi şirkətin bütün iş proseslərini — satış, anbar, mühasibat, HR, istehsal və s. — vahid platformada birləşdirən proqram təminatıdır. Bu sayədə məlumatlar real vaxtda izlənilir, xətalar azalır və qərar qəbulu sürətlənir. Orta və böyük bizneslər üçün xüsusilə əvəzolunmazdır.
ERP sisteminin hazırlanma müddəti layihənin mürəkkəbliyindən asılıdır. Sadə bir ERP sistemi 2-3 ay, mürəkkəb və çoxmodul bir sistem isə 6-12 ay çəkə bilər. Biz layihəni mərhələlər üzrə inkişaf etdiririk ki, hər mərhələdə funksional nəticə əldə olunsun.
İcra planı biznes məqsədiniz, modul sayı, istifadəçi rolları, inteqrasiya ehtiyacı və yayım mərhələsinə əsasən hazırlanır. İlk addım tələblərin toplanması və uyğun mərhələ xəritəsinin qurulmasıdır.
Bəli, biz ERP sistemini mövcud proqramlarınızla — 1C, mühasibat proqramları, CRM, e-ticarət platformaları, bank sistemləri və s. ilə inteqrasiya edirik. API əsaslı inteqrasiya sayəsində məlumat axını avtomatlaşdırılır.
Bəli, ERP sisteminin tətbiqindən sonra texniki dəstək, istifadəçi təlimi və sistem yeniləmələri təklif edirik. Həmçinin SLA (Service Level Agreement) əsasında davamlı dəstək paketi də mövcuddur.
İş prosesi
Biznes məqsədini, rəqibləri, mövcud sistemi və istifadəçi ssenarilərini analiz edirik.
Funksiyalar, səhifə strukturu, SEO tələbləri və texniki arxitektura hazırlanır.
Dizayn, proqramlaşdırma, mobil uyğunluq, təhlükəsizlik və sürət yoxlamaları aparılır.
Layihə yayıma çıxır, analitika qoşulur, ilkin optimizasiya və texniki dəstək davam edir.
Niyə 166 Tech?
Komandamız Azərbaycan biznesləri üçün lokal axtarış niyyəti, dil xüsusiyyətləri və real müraciət axınını nəzərə alan həllər hazırlayır.
Portfolio və case study nümunələri
Müştəri rəyləri
Bizim üçün kompleks və geniş funksionallığa malik bir veb sayt lazım idi. 166 Tech ilə işləmək qərarına gəldik və bu qərarımızdan çox razıyıq. Layihənin hər mərhələsində komanda ço...
Veb saytımızı yeniləmək və daha müasir görünüş və funksionallıq əlavə etmək üçün 166 Tech ilə işlədik. Yeni saytımız çox gözəl və funksional oldu. Müştərilərimizdən də çox müsbət r...
Biznesimiz üçün yeni bir veb sayt yaratmaq lazım idi və 166 Tech bu işdə bizə çox kömək etdi. Layihə başından sonuna qədər çox peşəkar şəkildə idarə olundu. İstifadəçi dostu dizayn...
Bu xidmətlə bağlı məqalələr
Lombard Biznesi Üçün İdarəetmə Sistemi Niyə Vacibdir? Lombardex Həlli
06.07.2026
ERP Nədir və Bizneslərə Faydaları
20.12.2024
Süni intellekt biznesdə: 2026-da praktiki tətbiqlər
27.01.2026
Rəqəmsal transformasiya: Ənənəvi biznesi onlayna keçirmək
25.01.2026
Daşınmaz əmlak saytı: Elanları effektiv idarə etmək
27.01.2026
ERP sistemi seçərkən diqqət etməli 5 vacib amil — 2026 Bələdçi
24.02.2026