166 TECH / XİDMƏT

SEO xidməti

SEO xidmətində prioriteti yalnız mövqe deyil, biznes üçün uyğun sorğulardan gələn klik və müraciətlər müəyyən edir. Texniki audit, rəqib səhifələrinin təhlili, xidmətlərə uyğun açar söz xəritəsi və məzmun işlərini vahid plana birləşdiririk.

Layihəni müzakirə edək Ətraflı tanış ol
Bu səhifədə nələr var?
  1. SEO Xidmeti Nədir?
  2. SEO Xidmətinin Faydaları
  3. SEO Xidmeti Niyə Vacibdir?
  4. SEO Xidmeti Prosesinin Mərhələləri
  5. SEO Xidmetinin Nəticələri
  6. SEO Xidmətində müştərilərin tez-tez verdiyi suallar
  7. Tətbiq sahəsi və iş həcmi

SEO Xidmeti Nədir?

SEO xidməti (Search Engine Optimization) – veb saytların axtarış motorlarında, xüsusən Google kimi platformalarda daha yüksək mövqe tutmasını təmin edən optimizasiya prosesidir. Bu xidmətin məqsədi, saytınızın axtarış sistemlərində açar sözlər üzrə ön sıralarda yer almasına və potensial müştərilərin sizi daha tez tapmasına kömək etməkdir. SEO xidməti sayəsində saytınız daha çox görünürlük qazanır və daha çox orqanik trafik əldə edir, yəni müştəriləriniz sizi pulsuz olaraq, heç bir reklama ehtiyac duymadan tapırlar.

SEO Xidmətinin Faydaları

  • Görünürlüğün artması: Saytınızın axtarış nəticələrində daha yüksək sıralanması müştərilərin sizi asanlıqla tapmasına kömək edir.
  • Davamlı orqanik trafik : SEO xidməti vasitəsilə optimallaşdırılmış sayt daha çox orqanik trafik cəlb edir və bu, müştərilərinizin sayını davamlı olaraq artırır.
  • Brendin gücləndirilməsi : Yüksək sıralanma, biznesinizin etibarını artırır. Müştərilər sizin saytınızı axtarış nəticələrində görəndə, sizi peşəkar kimi qəbul edəcəklər. 

SEO Xidmeti Niyə Vacibdir?

  • Yeni Müştərilər Cəlb Etmək: Müştərilər məhsul və xidmətləri axtararkən ilk olaraq Google-dan istifadə edirlər. Saytınızın axtarış nəticələrində yüksək mövqedə olması, sizi daha çox müştəriyə çatdırır və klik sayını artırır.

  • Orqanik Trafikin Artması: SEO xidmeti sayəsində saytınız reklama ödəniş etmədən, pulsuz orqanik trafik əldə edir. Bu, uzunmüddətli müştəri axınına və davamlı biznes böyüməsinə kömək edir.

  • Brendin Tanınması: Axtarış nəticələrində ilk səhifədə görünmək, brendinizin etibarını artırır və daha çox insan sizi tanıyır. Yüksək sıralama brendin güvənilir olmasını göstərir.

  • Rəqiblərə Qarşı Üstünlük: SEO xidməti ilə rəqiblərinizi geridə qoya və sektorda liderlik mövqeyinə sahib ola bilərsiniz.

  • Reklam Xərclərinin Azaldılması: SEO ilə əldə olunan orqanik trafik, ödənişli reklamlara nisbətən daha səmərəlidir və uzun müddət ərzində nəticələr verir.

SEO Xidmeti Prosesinin Mərhələləri

SEO xidməti kompleks bir prosesdir və hər bir mərhələsi saytınızın axtarış motorlarında daha yüksək mövqeyə çatmasına kömək edir. Hər bir addım dəqiq planlaşdırılmalı və düzgün icra edilməlidir ki, maksimum nəticələr əldə olunsun. Aşağıda SEO xidməti prosesinin əsas mərhələlərini ətraflı izah edirik.

1. Saytın Analizi

SEO xidməti  prosesinin ilk mərhələsi saytın mövcud vəziyyətini təhlil etməkdən başlayır. Bu mərhələdə saytın strukturunda və məzmununda olan mövcud çatışmazlıqlar və optimizasiya ehtiyacları müəyyənləşdirilir.

  • Saytın texniki vəziyyəti: Saytın sürəti, server cavab müddəti, mobil uyğunluq, SSL sertifikatı kimi texniki amillər nəzərdən keçirilir.
  • İstifadəçi təcrübəsi (UX): Saytın istifadəsi asanlığı, naviqasiya və dizayn elementləri analiz edilir.
  • Açar söz sıralamaları: Saytınızın hal-hazırda hansı açar sözlərə görə sıralandığı və rəqiblərlə müqayisədə vəziyyəti təyin edilir.

Bu analiz əsasında saytın güclü və zəif tərəfləri müəyyən edilir və SEO strategiyasının əsası qurulur.

2. Açar Söz Tədqiqatı

SEO xidməti üçün doğru açar sözlərin seçilməsi çox önəmlidir. Bu mərhələdə müştərilərinizin və istifadəçilərin hansı açar sözlərlə axtarış etdikləri öyrənilir. Açar söz tədqiqatı sayəsində saytınızın məzmunu və strukturu müvafiq olaraq optimallaşdırılır.

  • Açar sözlərin analizi: Sektora uyğun olaraq yüksək axtarılan və rəqabət gücü olan açar sözlər müəyyən edilir.
  • Uzun quyruqlu (long-tail) açar sözlər: Daha az rəqabətli, lakin müştərilərin konkret axtarış tələblərinə cavab verən uzun quyruqlu açar sözlər təyin edilir.
  • Rəqib analizi: Rəqiblərin istifadə etdiyi açar sözlər araşdırılır və onların strategiyası öyrənilir.

Bu tədqiqat nəticəsində yaradılacaq məzmunun düzgün açar sözlərə fokuslanması təmin olunur.

3. On-Page SEO

On-Page SEO xidməti  saytın daxilində həyata keçirilən optimizasiya işlərini əhatə edir. Bu mərhələdə əsas diqqət məzmunun keyfiyyətinə, açar sözlərin düzgün istifadə edilməsinə və texniki amillərin optimallaşdırılmasına yönəlir.

  • Meta başlıqlar və təsvirlər: Hər səhifənin meta başlıqları və meta təsvirləri optimallaşdırılaraq, axtarış nəticələrində daha cəlbedici görünməsi təmin edilir.
  • URL strukturu: SEO dostu URL-lər yaradılır ki, bu da həm istifadəçilərin, həm də axtarış motorlarının saytınızı daha yaxşı başa düşməsinə kömək edir.
  • Açar söz sıxlığı: Məzmunun daxilində açar sözlərin təbii və düzgün şəkildə istifadə olunması təmin edilir.
  • Məzmun optimizasiyası: Açar sözlərə uyğun keyfiyyətli, unikal və dəyərli məzmun yaradılır.
  • Daxili linkləndirmə: Saytın daxili səhifələri arasında əlaqələr qurulur ki, bu da saytın naviqasiyasını və axtarış motorlarının indeksləşməsini yaxşılaşdırır.

On-Page SEO, saytın ümumi performansını və axtarış nəticələrindəki mövqeyini birbaşa təsir edən vacib mərhələdir.

4. Texniki SEO

Texniki SEO xidməti saytın infrastrukturunu optimallaşdıraraq, axtarış motorlarının saytınızı daha asan indeksləməsinə və istifadəçilərin saytla qarşılıqlı əlaqəsini yaxşılaşdırmağa yönəldilir.

  • Saytın sürəti: Səhifələrin yüklənmə müddəti sürətləndirilir. Çünki sürətli saytlar istifadəçi təcrübəsini artırır və axtarış motorları tərəfindən daha yüksək qiymətləndirilir.
  • Mobil uyğunluq: Saytın mobil cihazlarda mükəmməl işləməsi təmin edilir, çünki mobil axtarışlar son illərdə sürətlə artıb və axtarış motorları mobil uyğunluğu ön planda saxlayır.
  • SSL sertifikatı: Saytın təhlükəsizliyi təmin edilir (HTTPS), bu da həm axtarış motorlarında daha yüksək mövqe qazanmağa, həm də istifadəçilərin etibarını artırmağa kömək edir.
  • Səhifə xəritələri (Sitemap): XML Sitemap və Robots.txt faylları yaradılaraq, axtarış motorlarının saytınızı daha yaxşı indeksləməsi üçün düzgün istiqamətlər verilir.

Texniki SEO saytın arxa plan işləri ilə bağlı olduğundan, bu mərhələdəki dəyişikliklər daha uzunmüddətli nəticələr yaradır.

5. Off-Page SEO

Off-Page SEO xidməti saytın xaricində həyata keçirilən optimizasiya işlərini əhatə edir. Bu mərhələdə əsas məqsəd saytın nüfuzunu artırmaq, daha çox orqanik trafik cəlb etmək və brendin tanınmasını gücləndirməkdir.

  • Sosial media siqnalları: Sosial mediada saytınızın məzmununun paylaşılması və interaksiyalar, axtarış nəticələrinə müsbət təsir edir.
  • Platformalarla Əlaqələr:: Sektora aid məşhur bloglar və xəbər saytlarda məzmunlar paylaşılaraq, saytınıza əlavə trafik cəlb olunur.

Off-Page SEO ilə saytınızın axtarış motorları tərəfindən daha dəyərli sayılması təmin edilir.

6. Saytın davamlı SEO Xidmetinin edilməsi 

SEO birdəfəlik proses deyil. Saytınızın performansını izləmək və daima yeni strategiyalar tətbiq etmək vacibdir. SEO xidmeti göstərilərkən, aşağıdakı işlər davamlı olaraq həyata keçirilir:

  • Açar söz sıralamalarının monitorinqi: Saytın müəyyən açar sözlərə görə sıralamaları izlənir və nəticələrə uyğun olaraq strategiyalar yenilənir.
  • Trafik analizi: Google Analytics və digər alətlərlə saytın orqanik trafiki analiz edilir və müştərilərin davranışları təhlil olunur.
  • Düzəlişlərin tətbiqi: Yeni tələblərə və dəyişikliklərə uyğun olaraq SEO strategiyasında düzəlişlər edilir.

SEO-da daimi monitorinq və təkmilləşdirmə, saytınızın daim rəqabətə uyğun və axtarış motorlarında müvəffəqiyyətli olmasını təmin edir.

SEO Xidmetinin Nəticələri

  • Satışların artması

Axtarış sistemlərində yüksək sıralar qazanmaq sayəsində daha çox müştəri cəlb etmək və satışları artırmaq mümkündür.

  • Brendin tanınması

SEO xidməti vasitəsilə brendiniz daha çox şəxs tərəfindən tanınacaq və daha güclü mövqeyə sahib olacaq.

  • Reklam xərclərinin azalması

SEO orqanik nəticələrə əsaslandığı üçün uzunmüddətli dövrdə daha az maliyyə sərf etməklə daha çox trafik əldə edə bilərsiniz.

SEO Xidmətində müştərilərin tez-tez verdiyi suallar

1. SEO xidməti nədir və nə üçün lazımdır?

SEO xidməti, saytınızın google axtarışında öndə olması üçün həyata keçirilən optimallaşdırma işləridir.

2. SEO prosesi nə qədər vaxt aparır?

SEO uzunmüddətli bir prosesdir və nəticələr adətən 3-6 ay ərzində görünməyə başlayır. Lakin rəqabətli bazarlarda bu müddət daha uzun ola bilər.

3. SEO xidmətinin davamlı olması vacibdirmi?

Bəli, SEO davamlı bir prosesdir. Rəqiblərinizin də optimallaşdırma etdiyini nəzərə alaraq mövqelərinizi qorumaq üçün davamlı iş aparılmalıdır. 

4. SEO xidmətinin satışa təsiri varmı?

SEO xidməti sayəsində saytlarınız axtarışlarda ön sırada çıxacaq və beləliklə müştəri sizin saytınızı görüb klikləyəcək.Bu da sizin satışlarınızın artması üçün mühüm addımdır.

5. SEO xidməti hər növ biznes üçün uyğundurmu? 

SEO xidməti hər növ biznes üçün uyğun olub, onlayn mövcudluğu artırır.

SEO xidmətləri vasitəsilə saytınızın axtarış nəticələrində yüksək mövqe tutmasını təmin edirik. Əgər peşəkar sayt hazırlanması xidmətinə ehtiyacınız varsa, ən mükəmməl həllər üçün bizimlə əlaqə saxlayın.

Tətbiq sahəsi və iş həcmi

SEO xidmətində prioriteti yalnız mövqe deyil, biznes üçün uyğun sorğulardan gələn klik və müraciətlər müəyyən edir. Texniki audit, rəqib səhifələrinin təhlili, xidmətlərə uyğun açar söz xəritəsi və məzmun işlərini vahid plana birləşdiririk.

Layihədə dəqiqləşdirdiyimiz imkanlar

  • İndekslənmə, canonical və sitemap auditi
  • Xidmət–açar söz–səhifə xəritəsi
  • Title, məzmun və daxili keçidlər
  • Search Console nəticələrinin müqayisəsi

Layihə təklifinə necə hazırlaşmalı?

Mövcud iş axınınızı, istifadəçi sayını, istifadə etdiyiniz sistemləri və əsas çətinliyi göndərin. Demo və ya ilkin görüşdə prioritetləri, inteqrasiyaları və qəbul meyarlarını birlikdə dəqiqləşdirək.

Layihəni müzakirə et

SEO nəticələri adətən 3-6 ay ərzində görünməyə başlayır. İlk 1-2 ayda texniki optimallaşdırma və on-page SEO tamamlanır. 3-4 ayda sıralama dəyişiklikləri başlayır. 6+ ayda stabil nəticələr əldə olunur. SEO davamlı prosesdir.

İcra planı biznes məqsədiniz, modul sayı, istifadəçi rolları, inteqrasiya ehtiyacı və yayım mərhələsinə əsasən hazırlanır. İlk addım tələblərin toplanması və uyğun mərhələ xəritəsinin qurulmasıdır.

On-Page SEO saytın daxilindəki optimallaşdırmadır: meta teqlər, başlıq strukturu, kontentin keyfiyyəti, şəkil optimallaşdırması, URL strukturu. Off-Page SEO isə saytdan kənardakı işlərdir: backlink qurmaq, sosial siqnallar, brend istinadları.

Heç bir etibarlı SEO şirkəti birinci yer zəmanəti verə bilməz, çünki Google alqoritmi 200+ faktordan asılıdır. Lakin biz məlumat əsaslı strategiya, davamlı optimallaşdırma və şəffaf hesabat ilə ən yaxşı nəticələri əldə etməyə çalışırıq.

Lokal SEO müəyyən coğrafi ərazidə axtarış nəticələrində görünməyi hədəfləyir. Azərbaycanda bu, Google Business Profile optimallaşdırması, lokal açar sözlər ("Azərbaycanda sayt hazırlanması"), Google Maps sıralaması və yerli kataloglarda qeydiyyatı əhatə edir.

İş prosesi

Audit və məqsəd

Biznes məqsədini, rəqibləri, mövcud sistemi və istifadəçi ssenarilərini analiz edirik.

Struktur və plan

Funksiyalar, səhifə strukturu, SEO tələbləri və texniki arxitektura hazırlanır.

Hazırlanma və test

Dizayn, proqramlaşdırma, mobil uyğunluq, təhlükəsizlik və sürət yoxlamaları aparılır.

Yayım və dəstək

Layihə yayıma çıxır, analitika qoşulur, ilkin optimizasiya və texniki dəstək davam edir.

Niyə 166 Tech?

Azərbaycan bazarına uyğun yanaşma
SEO və sürət tələbləri layihənin əvvəlindən nəzərə alınır
Laravel, mobil tətbiq, ERP və inteqrasiya təcrübəsi
Yayım sonrası texniki dəstək və ölçülə bilən nəticə

Komandamız Azərbaycan biznesləri üçün lokal axtarış niyyəti, dil xüsusiyyətləri və real müraciət axınını nəzərə alan həllər hazırlayır.

Portfolio və case study nümunələri

SEO trafik artımı case study Problem, həll, nəticə və texnologiya Lokal SEO bələdçisi Problem, həll, nəticə və texnologiya Texniki SEO bələdçisi Problem, həll, nəticə və texnologiya

Müştəri rəyləri

Bizim üçün kompleks və geniş funksionallığa malik bir veb sayt lazım idi. 166 Tech ilə işləmək qərarına gəldik və bu qərarımızdan çox razıyıq. Layihənin hər mərhələsində komanda ço...

Orxan Əliyev

Veb saytımızı yeniləmək və daha müasir görünüş və funksionallıq əlavə etmək üçün 166 Tech ilə işlədik. Yeni saytımız çox gözəl və funksional oldu. Müştərilərimizdən də çox müsbət r...

Arif Hüseynov

Biznesimiz üçün yeni bir veb sayt yaratmaq lazım idi və 166 Tech bu işdə bizə çox kömək etdi. Layihə başından sonuna qədər çox peşəkar şəkildə idarə olundu. İstifadəçi dostu dizayn...

Sənnur İbrahimov

Bu xidmətlə bağlı məqalələr

Peşəkar SEO Strategiyaları

SEO agentliyi necə seçilir? Audit və hesabat siyahısı

11.07.2024

Veb Sayt Xəritəsi Nədir?

Veb Sayt Xəritəsi Nədir? [2026 Tam Bələdçi]

10.02.2024

Google-da Veb Saytınızı Önə Çıxarmaq üçün Nə Etməli?

Google-da Veb Saytınızı Önə Çıxarmaq üçün Nə Etməli?

04.03.2024

Veb Sayta Trafik Çəkmək üçün Nə Etmək Lazımdır?

Veb Sayta Trafik Çəkmək üçün Nə Etmək Lazımdır? — 2026 Bələdçi

27.03.2024

Veb Saytlarda Domen Reytinqi Nədir?

Veb Saytlarda Domen Reytinqi Nədir? [2026 Tam Bələdçi]

19.04.2024

SEO Nədir? Axtarış Mühərriki Optimizasiyasının Əsas Prinsipləri və Strategiyaları

SEO Nədir? [2026 Tam Bələdçi]

06.09.2024

Digər xidmətlərimiz

Saytların hazırlanması ERP proqramı və sistemlərinin hazırlanması Mobil tətbiqlərin hazırlanması Korporativ email xidməti Saytlara texniki dəstək Onlayn ödəniş inteqrasiyası UX/UI və veb sayt dizaynı Loqo hazırlanması və brend dizaynı
PULSUZ KONSULTASIYA

Bu xidmət üçün fərdi icra planı alın

Tələblərinizi WhatsApp-da yazın və ya zəng vurun. Komanda sizə uyğun mərhələ planı və icra təklifi hazırlasın.

  • ✓ Pulsuz audit və konsultasiya
  • ✓ 3-6 ay pulsuz texniki dəstək
  • ✓ 100+ tamamlanmış layihə
WhatsApp-da yazın

VƏ YA
+994 50 224 73 00

Bazar günündən cümə-yə qədər 09:00 — 18:00

Zəng et WhatsApp