UI Dizayn Nədir?

Paylaşıldığı tarix

20.02.2024

Baxış sayı

1533

Paylaş
UI dizayn nədir?

İstifadəçi interfeysi (UI) dizaynı rəqəmsal məhsulun görünüşünü və interaktivliyini dizayn etmə prosesidir. Qeyd etmək vacibdir ki, UI ilə UX dizaynı eyni deyil - baxmayaraq ki, ikisi daim yanaşı işlənir.

 

UI Dizayn nədir?

Təsəvvür edin ki, siz səyahət məqsədli rezervasiya etmək üçün smartfonunuzdakı proqramdan istifadə edirsiniz. Bu zaman naviqasiya etdiyiniz ekranlar, basdığınız “button”lar və ya düymələr və doldurduğunuz formlar istifadəçi interfeysinin bir hissəsidir.

 

Əsas prinsiplər:



Plan və Struktur: Təsəvvür edin ki, bir otaq dizayn edirsiniz. Siz mebeli elə yerləşdirməlisiniz ki, hərəkət etdirmək və istifadə etmək rahat olsun. UI dizaynın  planı da bu otağın planı kimidir. Bu, ekrandakı düymələr, mətn və şəkillər kimi elementləri məntiqli şəkildə yerləşdirməkdir. Məqsəd istifadəçini rəqəmsal məkanda istiqamətləndirən struktur yaratmaqdır.

 

Rəng və tipoqrafiya: Rənglər və şriftlər otağınızdakı boya və mebel kimi əhval-ruhiyyəni və üslubu təyin edir. UI dizaynerlər brendə uyğun rənglər, həmçinin məhsulun növünə uyğun oxunması asan şriftlər seçirlər. 

 

“Button”lar (düymələr) və interaktiv elementlər: Butonları qapı tutacaqları kimi düşünün – onlar qapıları açmağa kömək edir. UI dizaynda button-lar, keçidlər və interaktiv elementlər bu qapı tutacaqlarına bənzəyir. Onlar asanlıqla kliklənən və ya tapıla bilən olmalıdır. UI dizaynerlər bu elementlərin fərqləndiyinə və qarşılıqlı əlaqə saxlamalı olduğunuz bir şey kimi görünməsinə əmin olmalıdırlar.

 

İkonlar və Şəkillər: İkonlar divarınızdakı şəkillər kimidir, bir baxışda mənasını çatdırırlar. UI dizaynerlər hərəkətləri və ya konsepsiyaları təmsil etmək üçün ikonlar və şəkillərdən istifadə edirlər. Məsələn, böyüdücü şüşə çox vaxt axtarış funksiyasını təmsil edir. Bu, interfeysi daha intuitiv etmək üçün bir yoldur.

 

Ardıcıllıq: Təsəvvür edin, otağınızda müxtəlif əsrlərə aid mebellər olsaydı - bu, estetik görünməzdi, elə deyilmi? UI dizaynda ardıcıllıq əsasdır. Bu, istifadəçilərə özlərini rahat hiss etməyə və işlərin necə işlədiyini başa düşməyə kömək edir. 

 

UI dizaynı niyə vacibdir?

 

İndi UI dizaynın niyə vacib olduğunu öyrənmək istəyə bilərsiniz. Gəlin, baxaq.

İlk təəssürat: Biri ilə tanış olduğunuzda olduğu kimi rəqəmsal məhsul haqqında da ilk təəssürat vacibdir. Yaxşı dizayn edilmiş UI istifadəçinin diqqətini çəkir və onları veb saytda qalmağa vadar edir.

İstifadəçi dostu: UI dizaynın məqsədi istifadəçi üçün hər şeyi asanlaşdırmaqdan ibarətdir. UI intuitiv olduqda istifadəçilər veb sayt və ya mobil tətbiqdə istədikləri hər şeyi asanlıqla tapa biləcəklər. 

Brendinq: UI dizaynı brendin kimliyini əks etdirir. Davamlı brendinq etimadı və tanınırlığı gücləndirir. 

Engagement: Cəlbedici və istifadəçi dostu UI istifadəçiləri saytda saxlaya bilər. 

 

Nəticə:

 

UI dizaynda ən önəmli olan istifadəçinin ehtiyaclarını başa düşməkdir.

Cəlbedici və yüksək keyfiyyətli veb saytlar üçün 166 Tech-ə müraciət edin. 

sekil