166 TECH · Bloq və bələdçilər

Texniki SEO — 2026 Bələdçi

Texniki SEO problemlərini həll edərək saytınızın performansını və sürətini artırın. Axtarış nəticələrində üstünlük qazanın.

texniki seo
Müəllif 166 Tech komandası
Redaksiya yoxlaması Texniki və SEO komanda
Son yenilənmə 20.10.2026
Bu məqalədə 3
  1. Texinki SEO Nədir və Niyə Önəmlidir? 
  2. Texniki SEO - da Əsas Elementlər
  3. Texniki SEO Problemlərini Necə Tapmaq və Düzəltmək Olar?

Texinki SEO Nədir və Niyə Önəmlidir? 

Texniki SEO, saytınızın axtarış motorlarında daha yaxşı görünməsi üçün texniki tərəflərinin optimallaşdırılmasıdır. Texniki SEO, saytın sürətini artırmaq, mobil uyğunluğunu təmin etmək, HTTPS ilə təhlükəsizliyi gücləndirmək kimi addımları əhatə edir. Əgər saytınız yavaş yüklənirsə və ya mobil cihazlarda düzgün görünmürsə, istifadəçilər saytı tərk edə bilər, bu da axtarış reytinqinizi aşağı sala bilər. Texniki SEO bu problemləri həll etməklə, axtarış motorlarında saytınızı ön sıralarda çıxarmasına kömək edir.

Texniki SEO - da Əsas Elementlər

texniki seo strukturu

Veb Sayt Sürəti 

Saytın yüklənmə sürəti, Texniki SEO-nun ən önəmli elementlərindən biridir. Sürətli yüklənən saytlar, istifadəçilərin saytda daha çox qalmasına səbəb olur. Axtarış motorları da sürətli saytları daha ön sıralamalarda göstərir. 

Mobil SEO

Texniki SEO-nun bir hissəsi olaraq Mobil SEO saytınızın mobil cihazlarda düzgün və rahat görünməsini təmin edir. Mobil istifadəçilər üçün mətnlər və şəkillər uyğun ölçüdə olmalı, menyular isə asan istifadə edilməlidir. Bu, istifadəçilərin saytda daha uzun qalmasına və axtarış motorlarında daha ön sıralarda çıxmasına kömək edir. Mobil cihazlara uyğun saytlar daha çox trafik və reytinq əldə edir.

SSL Sertifikat 

Texniki SEO üçün SSL sertifikatı vacibdir. Saytınızı HTTPS ilə təhlükəsiz edir, istifadəçilərin məlumatlarını qoruyur və axtarış motorları tərəfindən etibarlı hesab olunur. Google da SSL sertifikatı olan saytlara üstünlük verir və onları daha yüksək qiymətləndirir.

Canonical etiket

Axtarış motorlarına saytınızda hansı səhifənin əsas olduğunu bildirən bir işarədir. Məsələn, əgər eyni URL olan bir neçə səhifəniz varsa, canonical etiket istifadə edərək axtarış motorlarına hansının əsas səhifə olduğunu deyirsiniz. Axtarış motorları saytınızı daha dəqiq və effektiv indeksləyir, bu da reytinqinizə müsbət təsir edir.

URL Struktur 

Texniki SEO üçün ideal URL strukturu qısa, sadə və asan başa düşülən olmalıdır. Belə olduqda axtarış motorları səhifələri daha tez indeksləyir. URL-lərdə hərflər kiçik yazılmalı, boşluqlar yerinə "-" işarəsi istifadə edilməlidir və ingilis hərfləri ilə yazılmalıdır. URL strukturu aşağıdakı şəkildəki kimi olmalıdır:

URL strukturu

Sitemap

Texniki SEO-nun bir hissəsi kimi sitemap yaratmaq, axtarış motorlarına saytınızdakı bütün səhifələri göstərir və ön sıralarda görünməsinə kömək edir. Sitemap olmasa axtarış motorları saytınızdakı səhifələri tapa bilməz və onlar axtarış nəticələrində görünməz.

Robots.txt

Robots.txt faylı, Texniki SEO-nun əsas elementlərindən biridir və axtarış motorlarına saytınızda hansı səhifələrə baxmamalı olduqlarını bildirir. Bu, lazımsız və gizli səhifələrin üzərindən keçib, axtarış motorlarının vaxtına qənaət etməsinə və vacib səhifələri tapıb istifadəçilərin qarşısına çıxarmasına kömək edir.

404 Səhifə 

Texniki SEO baxımından 404 səhifəsi, istifadəçilər səhv URL-ə daxil olduqda görünür və onların saytı tərk etmədən düzgün səhifələrə yönəldilməsinə kömək edir.

Texniki SEO Problemlərini Necə Tapmaq və Düzəltmək Olar?

Texniki SEO problemlərini tapıb həll edərək saytınızı axtarış nəticələrində üst sıralarda çıxa bilərsiniz. Bu problemləri həll etmək üçün aşağıdakı alətlərdən istifadə edə bilərsiniz:  

  • Google Search Console texniki SEO üçün vacib bir alətdir və bir çox problemi həll etməyə kömək edir. Məsələn, əgər saytınızdakı səhifələr Google-da görünmürsə, onları bu alət vasitəsilə  tapıb düzəldə bilərsiniz. Saytınızın mobil cihazlarda necə işlədiyini yoxlayaraq hər hansı bir problem varsa, aradan qaldırmaq mümkündür. 404 səhvlərini aşkar edib düzəltmək, həm də hansı açar sözlərin daha çox trafik gətirdiyini öyrənə bilərsiniz. Həmçinin, sayt xəritəsini ( sitemap ) Google-a göndərərək, axtarış motorunun saytınızı daha yaxşı anlamasına, səhifələri tez tapmağına  kömək edə bilərsiniz.

  • Ahrefs, Texniki SEO üçün çox faydalı bir alətdir. Bu alət ilə, saytınızdakı geri bağlantıları (backlinks) izləyə və  keyfiyyətsiz linkləri aradan qaldıra bilərsiz . Açar söz araşdırması ilə hansı sözlərin daha çox trafik gətirdiyini və hansılarının daha yaxşı optimallaşdırılmalı olduğunu göstərir.

Ahrefs-in "Site Explorer" funksiyası, hansı səhifələrin daha çox trafik aldığını, hansı məzmunların istifadəçiləri cəlb etdiyini və hansı səhifələrin təkmilləşdirilməli olduğunu göstərir. Bununla yanaşı, Ahrefs sayt analizi apararaq səhv yönləndirmələri, yavaş yüklənən səhifələri, təkrar məzmunu və digər texniki SEO problemlərini aşkar edir.

Ahrefs ilə rəqib təhlili də mümkündür. Rəqiblərinizin açar sözləri və backlink strategiyalarını izləyərək, onların SEO taktikasını öyrənə və öz saytınız üçün yeni imkanlar əldə edə bilərsiniz. Ahrefs həm də sayt xəritələrini (sitemaps) yoxlamağa, URL strukturunu optimallaşdırmağa və SEO performansınızı ümumilikdə artırmağa kömək edir.

  • PageSpeed Insights, Google-un alətidir və saytınızın sürətini ölçərək necə daha sürətli yüklənə biləcəyini göstərir. Bu alət həm masaüstü, həm də mobil cihazlarda saytınızın nə qədər tez açıldığını yoxlayır və saytınızın performansını artırmaq üçün tövsiyələr verir.

PageSpeed Insights, saytın yavaş yüklənməsinə səbəb olan məsələləri aşkar edir, məsələn, böyük şəkillər, lazımsız JavaScript və CSS kodları, serverin cavab vaxtı kimi problemləri göstərir. Sonra, bu problemləri həll etmək üçün konkret addımlar təklif edir, məsələn, şəkilləri sıxışdırmaq, kodları optimallaşdırmaq və serverin performansını artırmaq. 

Bu alət texniki SEO üçün çox önəmlidir, çünki saytın yüklənmə sürəti birbaşa axtarış motorlarında sıralamanı təsir edir. Daha sürətli saytlar, həm istifadəçilərin təcrübəsini yaxşılaşdırır, həm də Google tərəfindən daha yüksək mövqelərdə göstərir. 

  • Screaming Frog, texniki SEO üçün çox güclü və faydalı bir alətdir. Bu alət, saytınızı "tarayaraq" texniki problemləri tapır və onların həll edilməsi üçün detallı məlumat verir. Screaming Frog ilə saytınızdakı bütün səhifələri, şəkilləri, linkləri, başlıqları və meta təsvirləri yoxlaya bilərsiniz.

Bu alət, 404 səhvləri, səhv yönləndirmələr (301/302), təkrar məzmun, zərərli linklər və ya indekslənməyən səhifələr kimi problemləri aşkar edir. Saytınızdakı bütün URL-ləri tarayaraq, onların SEO-ya uyğun olub-olmadığını göstərir. Məsələn, səhifələrin meta təsvirləri və başlıqlarının düzgün olub-olmadığını, məzmunun unikal olub-olmadığını və ya səhv yönləndirmələrin mövcudluğunu yoxlayır.

Saytınızın xaricində görülən optimizasiya işləri haqqında daha çox məlumat əldə etmək üçün Off-Page SEO bloqumuza keçid edin.

Zəng et WhatsApp