Restoran üçün ERP — Menyu, Mətbəx, Kassa Bir Sistemdə
Restoran üçün ERP sistemi: menyu idarəetmə, mətbəx əmrləri (KDS), POS kassa, anbar real-time, müştəri kartı. 166 Tech tərəfindən hazırlanır.
Restoran biznesi üçün niyə ERP?
Restoran 5+ kiçik biznesdir bir yerdə: menyu, mətbəx, anbar, kassa, çatdırılma, müştəri əlaqələri, hesabat. Excel cədvəlləri və ya yarımavtomat sistemlərlə idarə etmək — itki, qarışıqlıq, oğurluq deməkdir.
ERP sistem hər şeyi bir interfeysdə birləşdirir: menyu dəyişəndə hər kassada görünür, satış olanda anbar sərfi avtomatik düşülür, smena sonunda hesabat 1 kliklə hazırdır.
Restoran ERP-də olmalı modullar
- Menyu idarəetməsi — kateqoriyalar, modifierlər (əlavələr), allergen, kalori, foto. Çox dilli.
- POS kassa — touchscreen interfeys, ofisiant tablet, smena açma/bağlama, fiskal qəbz
- KDS (Kitchen Display System) — sifarişlər mətbəxə avtomatik gedir, hazır olduqda işarələnir
- Anbar real-time — yemək satıldıqda inqrediyent sərfi avtomatik düşür (texkartalar üzrə)
- Çatdırılma və online sifariş — Wolt, Bolt Food, Yandex Eda inteqrasiyası və ya öz tətbiqimiz
- Müştəri kartı və loyalty — keçmiş sifarişlər, endirim, ad günü təklifi
- Stol planı və rezervasiya — vizual stol xəritəsi, online bron
- Hesabatlar — satış, anbar, ofisiant, ən çox satılan yemək, məhsul rentabelliyi
Tipik müştərilər
10+ stollu restoran, kafe, fast-food zənciri, çatdırılma yönümlü "dark kitchen", catering xidməti. Tək ofis ya da çoxşöbəli.
Restoran ERP qiyməti
| Səviyyə | Daxildir | Qiymət | Müddət |
|---|---|---|---|
| Başlanğıc | Menyu, POS, anbar, sadə hesabat | 4 000 ₼ | 30-45 gün |
| Standart | + KDS, müştəri kartı, online sifariş | 8 000 ₼ | 60 gün |
| Premium | + multi-branch, çatdırılma platforma inteqrasiyası, mobil tətbiq | 15 000 ₼+ | 90 gün |
Texniki stack
Backend: Laravel + MySQL. Frontend: React + tablet PWA. Mobil: React Native (kuryer və müştəri tətbiqləri). Real-time: WebSocket. Fiskal: yerli e-kassa inteqrasiyası.
Real layihə nümunəsi
166 Tech tərəfindən tamamlanmış restoran ERP-lərimiz arasında çoxşöbəli kafe zənciri, fast-food brendi və catering şirkəti var. Hər biri öz biznes məntiqinə görə uyğunlaşdırılıb.
Niyə 166 Tech ilə işləməli?
- Restoran biznesinin özünəməxsusluqlarını bilirik (smena, sərflər, fiskal qəbz)
- Hardware qoşulması — POS terminalı, fiskal printer, qəbz printeri, scaner
- Wolt/Bolt/Yandex menyu inteqrasiyası
- Real-time hesabat — telefonunuzda hazırkı dövriyyə
- Komanda təlimi — restoran sahibləri üçün rahat dildə
Sonrakı addım
Restoran ERP layihənizin pulsuz auditi üçün "Layihəm var" formundan müraciət edin. 30 dəqiqəlik söhbətdə tələbləri ortaya qoyacağıq.