Mobil Tətbiq Qiyməti 2026: Real Rəqəmlər və Faktorlar
Mobil tətbiqin qiyməti 2026-cı ildə nə qədər? iOS, Android, React Native — funksional səviyyəsinə görə real qiymətlər.
Mobil tətbiqin qiyməti necə hesablanır?
Mobil tətbiqin qiyməti 4 əsas faktordan asılıdır: platforma (iOS/Android/hər ikisi), funksional mürəkkəblik, backend tələbatı və dizayn səviyyəsi. 2026-cı ildə bazarda tipik qiymət aralıqları:
Mobil tətbiq səviyyələri və qiymətləri
1. Sadə tətbiq (informasiya, kataloq, blog) — 3000 ₼ - 7000 ₼
Statik və ya tək tərəfli content göstərən tətbiq. Restoran menyusu, məhsul kataloqu, şirkət təqdimatı.
- 5-10 ekran, push bildirişlər, axtarış
- API ilə veri çəkmə (sayt-dan)
- Müddət: 30-45 gün
2. Orta səviyyəli tətbiq (sifariş, ödəniş, profil) — 7000 ₼ - 18000 ₼
Çatdırılma, e-ticarət, taksi, sifariş tətbiqləri. Ödəniş inteqrasiyası, real-time bildiriş, müştəri kabineti.
- 15-30 ekran
- Backend API + admin panel
- Ödəniş sistemi inteqrasiyası
- Müddət: 60-90 gün
3. Mürəkkəb tətbiq (real-time, GPS, video) — 15000 ₼ - 50000 ₼+
Taksi xidməti (Uber tipli), video tətbiqi, real-time chat. GPS izləmə, sürücü-müştəri matching.
- 50+ ekran, çox-rollu (sürücü/müştəri/admin)
- Real-time WebSocket, GPS, push
- Yüksək yük üçün optimize edilmiş backend
- Müddət: 90-180 gün
Native vs Cross-platform — hansını seçməli?
Native (Swift / Kotlin)
iOS və Android üçün ayrı-ayrı yazılır. Maksimum performance, OS xüsusiyyətlərinə tam çıxış. Qiymət ~2x. Oyun və ya yüksək performance tələb edən tətbiqlər üçün.
React Native / Flutter (cross-platform)
Bir kod bazası, hər iki platforma. 30-40% ucuz, 95% native performance. Əksər biznes tətbiqləri üçün ideal seçim. 166 Tech-in əsas texnologiya stack-i.
Qiymətə nə daxildir?
- UX/UI dizayn (figma prototip)
- Native iOS + Android build
- Backend API + admin panel
- App Store + Google Play yerləşdirmə
- Push bildiriş sistemi
- 3 ay pulsuz dəstək və xətaların düzəlişi
- İlk versiyadan sonra yeniliklər (option olaraq)
Tətbiq nə qədər vaxta hazırlanır?
Sadə MVP — 30-45 gün. Tam funksional tətbiq — 3-6 ay. Mürəkkəb platforma — 6-12 ay.
Niyə 166 Tech?
- 20+ tamamlanmış mobil tətbiq (taksi, e-ticarət, klinika, kargo)
- React Native + native modullar üzrə təcrübə
- App Store və Google Play hesab idarəetməsi
- Tətbiq + sayt + admin panel — bir komandadan
- App Store optimizasiyası (ASO)
Sonrakı addım
"Layihəm var" səhifəsindən tətbiq fikri haqqında yazın. 30 dəqiqəlik pulsuz görüş — texniki tələblər və qiymət aralığı ortaya qoyaq.