166 TECH · Bloq və bələdçilər

Dropshipping nədir və E-ticarətə necə başlamaq olar?

Dropshipping ilə anbara ehtiyac olmadan E-ticarətə başla. Tədarükçüləri seç, məhsulları əlavə et və öz online mağazanı yarat

Dropshipping
Müəllif 166 Tech komandası
Redaksiya yoxlaması Texniki və SEO komanda
Son yenilənmə 20.10.2026
Bu məqalədə 6
  1. Dropshipping anlayışı
  2. Dropshipping ilə ənənəvi ticarət arasındakı fərq nədir
  3. Dropshipping biznesinin üstünlükləri və mənfi cəhətləri
  4. E-ticarətə başlamağın mərhələləri
  5. Dropshipping Platformaları
  6. Dropshipping-də necə satışları artıraq?

Dropshipping, son dövrlərdə E-ticarət dünyasında populyarlaşan biznes modellərindən biridir. Ənənəvi ticarətdən fərqli olaraq, dropshipping sahibkarlara məhsullarını anbarda saxlamadan məhsul satmaq imkanı verir. Bu məqalədə, dropshipping anlayışını dərindən izah edəcəyik və E-ticarətə necə başlamaq lazım olduğunu ətraflı öyrənəcəyik.

Dropshipping anlayışı

Dropshipping, satıcının məhsulları öz anbarında saxlamadan, birbaşa təchizatçılardan müştəriyə çatdırılan biznes modelidir. Bu modeldə satıcı yalnız onlayn mağazasında məhsulu göstərir və müştəridən sifariş aldıqdan sonra təchizatçıya müraciət edərək məhsulun göndərilməsini təmin edir. Məhsul satıcıdan deyil, birbaşa təchizatçının anbarından müştəriyə çatdırılır.

Dropshipping ilə ənənəvi ticarət arasındakı fərq nədir

Ənənəvi ticarətdə satıcılar əvvəlcə məhsulları anbarlarında saxlayırlar və sonra bu malları müştərilərə satırlar. Lakin dropshippingdə sahibkar məhsulları əvvəlcədən almır və saxlamır.

Dropshipping biznesinin üstünlükləri və mənfi cəhətləri

Üstünlüklər

  • Aşağı başlanğıc maliyyəsi: Satıcılar anbar idarə etmək məcburiyyətində olmadıqları üçün işə başlamaq çox böyük kapital tələb olunmur.

  • Rahatlıq və az risk: Məhsullar satılmadıqda heç bir zərər olmur, çünki məhsullar əvvəlcədən alınmır.

  • Geniş məhsul çeşidi: Satıcılar müxtəlif təchizatçılarla əməkdaşlıq edərək geniş çeşidli məhsullar təklif edə bilərlər.

Mənfi cəhətlər

  • Təchizatçılardan asılılıq: Təchizatçının məhsulu vaxtında çatdırmaması satıcının müştəriləri ilə əlaqələrini poza bilər.

E-ticarətə başlamağın mərhələləri

Bazar araşdırması və niş seçimi

Dropshipping işinə başlamazdan əvvəl bazarı araşdırmaq və doğru nişi seçmək çox vacibdir. Niş seçərkən aşağıdakı suallara cavab tapmalısınız:

  • Hansı məhsullar bazarda tələb olunur?
  • Rəqabət nə qədər güclüdür?
  • Bu məhsullarla müştərilərə nə cür fərqli dəyər təklif edə bilərsiniz?

Təchizatçılarla əməkdaşlıq

  • Etibarlı təchizatçılar: Amazon, AliExpress, SaleHoo kimi platformalardan təchizatçı tapın. Təchizatçının çatdırılma müddətini, məhsul keyfiyyətini və xidmət səviyyəsini diqqətlə qiymətləndirin.
  • Təchizatçılarla əlaqə: Təchizatçılarla əlaqə quraraq məhsullar haqqında daha çox məlumat alın və onların şərtlərini öyrənin.

E-ticarət platforması seçimi

  • Platforma seçimi: Shopify, WooCommerce, BigCommerce kimi platformalar dropshipping üçün uyğundur. Shopify istifadəçilər üçün çox rahat olduğundan ən çox seçilən platformalardan biridir.
  • Domen adı seçmək: Onlayn mağazanız üçün unikal və brendinizə uyğun domen adı alın.

Mağazanı yaratmaq və dizayn etmək

  • Mağazanızı qurun: Seçdiyiniz platformada mağazanızı yaradın və temalarla dizayn edin. Məhsulların asan tapılması və saytda yaxşı naviqasiya olması vacibdir.
  • Məhsul kataloqu əlavə edin: Təchizatçılardan məhsulları seçin və mağazanıza əlavə edin. Məhsul təsvirləri və şəkilləri cəlbedici və detallı olmalıdır.

Ödəmə üsulları və çatdırılma şərtləri

  • Ödəmə üsulları: PayPal, kredit kartı kimi müxtəlif ödəmə üsullarını mağazanızda aktiv edin. Müştərilər rahatlıqla ödəniş edə bilməlidir.

  • Çatdırılma şərtləri: Təchizatçılarınızın çatdırılma müddətlərini və şərtlərini saytda aydın şəkildə qeyd edin. Müştərilər çatdırılma müddətini bilməlidir.

Onlayn mağaza qurulması

Onlayn mağaza dropshipping işinizin əsasını təşkil edir. Düzgün platforma seçmək vacibdir. Shopify, Amazon, Trendyol, Ebay kimi platformalar sadə interfeysi və inteqrasiya vasitələri ilə geniş istifadə olunur. Mağazanızı qurarkən aşağıdakı addımları atmalısınız:

  • Domain və hosting seçimi
  • Mağaza dizaynı və məhsul kataloqunun yaradılması
  • Ödəniş sistemlərinin inteqrasiyası

Dropshipping Platformaları

eBay Dropshipping

eBay, dünyanın ən populyar E-ticarət platformalarından biridir və dropshipping üçün əla seçimdir. Burada satıcılar müxtəlif məhsulları siyahıya əlavə edə bilər və müştərilər sifariş verdikdə, həmin məhsullar birbaşa təchizatçılardan müştəriyə çatdırılır. eBay, geniş istifadəçi bazası və asan interfeysi ilə dropshipping- ə yeni başlayanlar üçün doğru seçimdir .

Amazon Dropshipping

Amazon dropshipping biznesi üçün daha bir populyar platformadır. Amazonun dünya miqyasında milyonlarla müştərisi var və burada dropshipping vasitəsilə geniş miqyasda məhsul satmaq mümkündür. Lakin Amazon dropshipping siyasətləri müəyyən qaydalarla məhdudlaşdırılıb və buna görə də satıcılar bu qaydaları diqqətlə izləməlidir.

Trendyol Dropshipping

Trendyol, Türkiyənin ən böyük E-ticarət platformalarından biridir və sürətlə inkişaf edən bazarlarına görə dropshipping edənlər üçün cəlbedici seçimdir. Xüsusilə Türkiyə bazarına girmək istəyənlər üçün Trendyol dropshipping vasitəsilə geniş auditoriyaya çatmaq mümkündür.

Dropshipping-də necə satışları artıraq?

SEO optimizasiyası

SEO optimizasiyası saytınızın axtarış sistemlərində ( Google, Bing, Yandex və.s)  daha yüksək mövqe tutmasına və daha çox müştəri cəlb etməsinə kömək edəcək.

Sosial media reklamları

Facebook, Instagram kimi sosial şəbəkələrdə reklam yerləşdirmək məhsullarınızın geniş auditoriyaya çatmasına şərait yaradır.

E-mail marketinq

E-mail marketinq vasitəsilə mövcud müştərilərlə əlaqədə qalmaq və onları yeni məhsullar və ya endirimlər haqqında məlumatlandırmaq mümkündür.
 

Dropshipping, məhsulları anbara ehtiyac olmadan satmağa imkan verən bir E-ticarət modelidir. Onlayn mağazanıza məhsulları əlavə edib təchizatçı vasitəsilə birbaşa müştəriyə göndərirsiniz. Öz mağazanızı yaratmaq üçün veb saytınızın  olması şərtdir . Veb sayt hazırlanması üçün 166tech-ə müraciət edə bilərsiniz.

Zəng et WhatsApp