Google-a görə “ideal sayt”
İnternetdə görünmək üçün yalnız sayt yaratmaq kifayət deyil. Google hər gün milyonlarla səhifəni dəyərləndirir və yalnız keyfiyyətli, düzgün qurulmuş saytları ön sıralara çıxarır. Bəs Google üçün “ideal sayt” nə deməkdir? Gəlin bu sualın cavabını sadə dillə aydınlaşdıraq.
İdeal sayt nədir?
İdeal sayt-sadə desək həm insanlar, həm də axtarış sistemi üçün rahat olan sayt. Sayt yavaş açılmır, mobil cihazda düzgün görünür, məzmun faydalıdır və dizayn aydındırsa Google belə saytı “mükəmməl” hesab edir. Bu cür saytlar həm axtarışda yüksəlir, həm də real müştəri gətirir.
Google-un sevdiyi saytın 5 əsas xüsusiyyəti
- Texniki baxımdan sağlam - Google üçün ilk addım texniki keyfiyyətdir. Əgər saytınızda 404 səhifələri, səhv linklər və yavaş açılan bölmələr varsa, sistem onu tam oxuya bilmir. Təhlükəsiz (HTTPS), sürətli və kod baxımından səliqəli sayt Google-un xoşuna gələn ilk göstəricidir.
- Yüksək sürət - 3 saniyədən çox açılan saytların əksəriyyəti istifadəçi itirir. Google bunu çox ciddi qəbul edir və yavaş saytlara mənfi reytinq verir. Optimallaşdırılmış şəkillər, yüngül kod və düzgün hostinq ideal saytın əsasını təşkil edir.
- Mobil uyğunluq - Google artıq “mobile-first indexing” sisteminə keçib. Yəni saytınız mobil ekranda pozulursa, masaüstündə gözəl görünsə belə, sıralamada geri qalacaq. Düymələr, yazılar və şəkillər telefonda rahat görünməlidir.
- Faydalı məzmun - Google-un məqsədi insanlara doğru məlumat çatdırmaqdır. Bu səbəbdən sistem süni şəkildə doldurulmuş, kopyalanmış və mənasız yazılardan uzaq durur. Sadə, izahlı, real suallara cavab verən məzmun həm istifadəçini, həm də Google-u cəlb edir.
- Daxili və xarici əlaqələr - Saytın daxilində səhifələr bir-birinə düzgün bağlanmalıdır. Bu həm istifadəçi naviqasiyasını asanlaşdırır, həm də Google botlarının səhifələri daha yaxşı tanımasına kömək edir. Eyni zamanda etibarlı saytlarla qurulan backlink-lər saytınıza “etibar siqnalı” verir.
Sizin saytda bu əlamətlər varmı?
- Sayt yavaş açılır və bəzən donur
- Mobil versiyada düymələr sıxılır
- Məzmun çoxdur, amma faydalı deyil
- Axtarışda sayt çıxmır, baxış var amma dönüşüm yoxdur
Bu əlamətlər varsa, problem saytın texniki və SEO quruluşundadır.
166 Tech nə edir?
Siz “nədən başlaya bilərəm?” deməyin deyə hər şeyi sistemli şəkildə biz yerinə yetiririk:
- SEO və texniki audit – saytınızı Google qaydalarına görə analiz edirik
- Sürət optimizasiyası – yüklənmə müddətini azaldırıq
- Mobil uyğunlaşdırma – saytınız bütün cihazlarda eyni görünür
- Məzmun analizi – köhnə və təsirsiz yazıları yeniləyirik
- Link və indeksləmə düzəlişləri – səhv yönləndirmələri aradan qaldırırıq
Əlavə məlumat: 166tech.az
Sifariş və texniki dəstək üçün sadəcə 166-ya zəng edin!