Bu məqalədə 2
İstifadəçilərin saytı tərk etməsinə səbəb nədir?
Bir çox vebsayt sahibləri gündəlik onlarla bəzən isə yüzlərlə ziyarətçi qazanır, amma nəticədə bu insanların əksəriyyəti saytı bir neçə saniyə sonra tərk edir. Bu hal saytın uğuruna ciddi təsir göstərir. Çünki istifadəçi saytda qalmırsa nə məhsul alacaq, nə də xidmətlə maraqlanacaq.
Bəs istifadəçilər niyə saytı tərk edir?
Saytın yavaş yüklənməsi
Heç kim yavaş açılan saytı gözləmir. Statistikaya görə 3 saniyədən çox yüklənən saytların 50%-dən çoxu ziyarətçi itirir. Yüklənmə sürətinə təsir edən əsas amillər bunlardır:
- Böyük həcmli şəkillər
- Lazımsız plaginlər və kodlar
- Zəif hostinq seçimi
Mobil uyğunsuzluq
İstifadəçilərin əksəriyyəti saytları telefondan ziyarət edir. Əgər sayt mobil ekranlara uyğun tərtib edilməyibsə dizayn pozulur, düymələr sıxılır və oxumaq çətinləşir. Bu da nəticədə ziyarətçinin “geri” düyməsini sıxmasına səbəb olur.
Qarışıq naviqasiya və struktur
Saytda lazım olan məlumatı tapmaq çətindirsə istifadəçi çox vaxt itirmək istəmir. Sadə menyu, aydın başlıqlar və məntiqli səhifə keçidləri sayt təcrübəsini xeyli yaxşılaşdırır.
Etibarsız görünən dizayn
Dizayn yalnız görünüş deyil həm də etibar hissi yaradan ilk təəssüratdır. Zəif dizaynlı, qarışıq rənglərə malik və köhnə üslublu saytlar istifadəçidə “bu səhifə etibarlıdırmı?” sualı yaradır. Müasir, təmiz və balanslı dizayn isə istifadəçini daha çox vaxt keçirməyə təşviq edir.
Keyfiyyətsiz və əlaqəsiz məzmun
İstifadəçi sayta məqsədli daxil olur – məhsul almaq, məlumat tapmaq və ya əlaqə saxlamaq üçün. Əgər saytdakı məzmun maraqsız, uyğunsuz və ya həddindən artıq uzun-uzadadırsa, o diqqəti itirir və çıxır. Qısa, dəqiq və faydalı məzmun istifadəçini saytda saxlayan əsas faktorlardandır.
Texniki səhvlər və reklam bolluğu
404 səhifələri, işləməyən formalar, çoxlu pop-uplar və avtomatik səslənən videolar bunlar hamısı istifadəçi təcrübəsini korlayan detallardır. Texniki baxımdan sabit və səliqəli sayt həm ziyarətçi, həm də axtarış sistemləri üçün müsbət siqnaldır.
166 Tech ilə saytınızı optimallaşdırın
166 Tech komandası sayt performansını artırmaq, dizaynı müasirləşdirmək və istifadəçi təcrübəsini gücləndirmək üçün peşəkar texniki xidmətlər təqdim edir:
- Sayt sürətinin optimizasiyası
- SEO təkmilləşdirilməsi
- Dizayn və istifadəçi interfeysi yenilənməsi
- Texniki analiz və problemlərin aradan qaldırılması
Əlavə məlumat: 166tech.az
Sifariş üçün isə sadəcə 166-ya zəng edin!