166 TECH · Bloq və bələdçilər

Google Ads nədir ?

Google Ads - Məhsulları və xidmətləri hədəf kütləyə Google vasitəsi ilə çatdıran reklam platformasıdır.

Google Ads nədir ?
Müəllif 166 Tech komandası
Redaksiya yoxlaması Texniki və SEO komanda
Son yenilənmə 20.10.2026
Bu məqalədə 2
  1. Google Ads nədir?
  2. Google Ads reklamlarının 5 növü var:

Google Ads nədir?

Google Ads – Məhsulları və xidmətləri hədəf kütləyə Google Ads platforması vasitəsilə çatdıran reklam platformasıdır.

Google Ads axtarış sistemində nəticələr qarşımıza iki formada çıxır. Bunlardan ilki saytın sağ və ya sol tərəfində olan ödənişli Google Ads reklamlarının nəticəsi, digəri isə SEO - yəni reklamsız Google indexlənməsi nəticəsində çıxan sıralamadır.

 Bəzən biz aşağıda da Google Ads reklamları olan saytlar görə bilərik. Bunun səbəbi ondadır ki, həmin reklam verənlərin ya keyfiyyət göstəriciləri aşağıdır, ya da onların təklif mahiyyəti aşağıdır.

Google Ads reklamlarının 5 növü var:

Search

Display

Video

App

Shopping

“Search” - Ən çox istifadə olunan Google Ads reklam növüdür. Açar sözlər vasitəsilə axtarış etdiyimiz zaman reklamla önə çıxan saytlar “Search” reklam növündən istifadə etmişdir. Bir sözlə, Google reklamları verməmişdən əvvəl açar sözlərinizi yaxşı analiz edin. İnsanlar təklif etdiyiniz məhsulları Google-da axtararkən onlara çatıb, veb saytınızın satış, potensial müştəri və trafikini artıra bilərsiniz.

 

“Display” - Google Ads platformasında görüntülü şəkildə qoyulan reklam növləridir. Display reklam növləri GIF və ya şəkil formatında olur. Brendinizə uyğun display Google Ads reklamları qoyaraq YouTube və ya digər platformalarda geniş hədəf kütləsinə sahib ola bilərsiniz.

“Video” - Videolar izlədiyiniz zaman görə biləcəyiniz Google Ads reklam növləridir. App, YouTube və s. kimi platformalarda görə bilərsiniz. Bir neçə video Google reklam növləri var:

  • Ötürülə bilən video reklamlar - Ötürülə bilən Google Ads video reklamlar izləyicilərə 5 saniyədən sonra reklamları ötürməyə imkan verir. Yəni hədəf kütlənin ehtiyacını ilk 5 saniyədə göstərməlidirlər ki, istifadəçi reklamı atlayana qədər mesajı başa düşməlidir.
  • Ötürülə bilməyən video reklamlar - İstifadəçilərin tam şəkildə izləmələri tələb olunan Google Ads video reklam növüdür. Hədəf kütlə 15 saniyə ərzində videonu izləməlidir.
  • Bamper reklamlar - Videoya baxılmadan əvvəl izlənilməli olan 6 saniyəyə qədər qısa, ötürülə bilməyən Google Ads video reklamlar.

 

“App” - İstifadəçiləri proqram endirməyə sövq etmək üçün nəzərdə tutulmuş xüsusi Google Ads reklam formatlarıdır. Bu tip reklam növlərində Axtarış, YouTube və digər platformalarda mobil tətbiq reklamı olur. Bağlantıya klikləyərək proqram yüklənəcək platformaya (Play Store və App Store-a) keçid olunur.

Əgər iş yerinizi və ya biznesinizi daha çox insana çatdırmaq istəyirsinizsə, Google xəritəyə ünvan əlavə etmə yollarını öyrənməyiniz çox önəmlidir. Bizim “Google Xəritəyə ünvan necə əlavə edim?” bloqumuzda addım-addım təlimatları tapa bilərsiniz. 

Zəng et WhatsApp